Bank Of Baku

Azərbaycanda ROE əmsalının az olması bankların fəaliyyətinin gəlirliyinin aşağı səviyyədə olması ilə bağlıdır

Azərbaycanda ROE əmsalının az olması bankların fəaliyyətinin gəlirliyinin aşağı səviyyədə olması ilə bağlıdır
# 27 sentyabr 2008 10:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların kapitalının gəlirlik əmsalı (ROE əmsalı) il ərzində dəyişməz qalıb.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, 2007-ci ilin ortalarına bankların məcmu mənfəəti 60,93 mln. manat, kapitalı isə 841,67 mln. manat təşkil edirdisə, artıq 2008-ci ilin ilk yarısının sonunda bu göstəricilər müvafiq olaraq 100,47 mln. manat və 1 393 mln. manat təşkil edib. Nəticədə, 2007-ci və 2008-ci illərin iyul ayının 1-i vəziyyətinə ROE əmsalı 7,2%-ə bərabər olub. Qeyd edək ki, ümumilikdə 2007-ci ilin sonunda ROE əmsalı 11,8% təşkil edib.
Beləliklə, 2008-ci ilin ilk yarısının sonuna bankların kapitalının hər 1 manatı orta hesabla 7,2 qəpik mənfəət əldə edib. Bu, çox kiçik rəqəm olsa da, heç də bankların kapitalının yüksək səviyyədə olması ilə deyil, onların fəaliyyətinin gəlirliyinin aşağı səviyyədə olmasından irəli gəlir. Bunun da öz növbəsində əsas səbəbi bankların fəaliyyəti üzrə xərclərinin yüksək olmasındadır. Belə ki, bankların faiz əməliyyatları üzrə xərclərinin gəlirlərə nisbəti 44,4%, qeyri-faiz əməliyyatları üzrə isə hətta xərclər gəlirləri 18% üstələyir. Belə olan halda həm ROE, həm də ROA əmsalının aşağı olması izah ediləndir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR