Bank Of Baku

«Turanbank» ICD-dən cəlb etdiyi kreditin istifadəsini ilin sonunadək başa çatdıracaq

«Turanbank» ICD-dən cəlb etdiyi kreditin istifadəsini ilin sonunadək başa çatdıracaq
# 27 sentyabr 2008 12:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» Səhmdar Kommersiya Bankı (SKB) İslam İnkişaf Korporasiyasından (ICD) 1 mln. ABŞ dolları həcmində cəlb etdiyi kredit vəsaitinin istifadəsini 2008-ci ilin sonunadək başa çatdıracaq.
Bankın strateji planlama və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Tanrıverdiyevin «APA-Economics»ə verdiyi məlumata görə, kreditlər şəriət qaydaları ilə səhiyyə, istehsalat və kənd təsərrüfatı sahələrinə ayrılıb: «Vəsaitin artıq bir hissəsi istifadə edilib, cari ilin sonunadək kredit xəttinin istifadəsi tam başa çatacaq».
Qeyd edək ki, kredit beynəlxalq qurum tərəfindən 1 ili güzəştli olmaq şərti ilə 6 il müddətinə ayrılıb.
Xatırladaq ki, təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 76,175 mln. manat, kredit portfeli 57,417 mln. manat, depozit portfeli 33,889 mln. manat, məcmu kapitalı 15,703 mln. manat, o cümlədən nizamnamə kapitalı 14 mln. manat təşkil edib. Bankın respublika üzrə 11 filialı, 9 bankomatı və 64 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR