Bank Of Baku

Azərbaycan Milli Bankının əmlakı, nağd pulu və nəqliyyat vasitələrini «Paşa Sığorta» şirkəti sığortalayacaq

Azərbaycan Milli Bankının əmlakı, nağd pulu və nəqliyyat vasitələrini «Paşa Sığorta» şirkəti sığortalayacaq
# 27 sentyabr 2008 13:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Milli Bankının (AMB) balansında olan əmlakın, nağd pulun və nəqliyyat vasitələrinin «Kasko» sığortalanması ilə əlaqədar keçirilən tenderin qalibi «Paşa Sığorta» şirkəti elan olunub.
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, mərkəzi bankın balansında olan əmlakın, nağd pulun və nəqliyyat vasitələrinin «Kasko» sığortalanması üzrə elan edilmiş tenderdə iştirak etmiş 6 iddiaçının təklifləri qiymətləndirilib və qiymətləndirmənin nəticələrinə görə, Tender Komissiyasının 23 sentyabr 2008-ci il tarixli qərarı ilə «Paşa Sığorta» şirkəti tenderin qalibi elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR