Bank Of Baku

«TBC Credit» ilin əvvəlindən kredit portfelini 2 dəfə genişləndirib

«TBC Credit» ilin əvvəlindən kredit portfelini 2 dəfə genişləndirib
# 02 oktyabr 2008 09:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «TBC Credit» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 20 mln. ABŞ dolları təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 2 dəfə çoxdur.
«TBC Credit» təşkilatının direktor müavini Əjdər Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, kredit portfelinin 50%-i daşınmaz əmlak, 40%-i biznes kreditləri, 10%-i isə istehlak kreditlərinin payına düşür. İlin əvvəli ilə müqayisədə təşkilatın müştərilərinin sayı 2,2 dəfə artaraq 1200 nəfərə çatıb.
Qeyd edək ki, 2008-ci ilin may ayınadək «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) adı ilə fəaliyyət göstərən qeyri-bank kredit təşkilatı sonradan brendini «TBC Credit»ə dəyişib. Brendin dəyişməsi Gürcüstanın «TBC Bank»ının təşkilatın yeni təsisçisi olması ilə əlaqədardır.
Xatırladaq ki, ABŞ-ın «Shore Bank Group»un üzvü olan «SOA Credit» təşkilatı Azərbaycanda 1999-cu ilin dekabrında yaradılıb. Təşkilat kreditlərin verilməsi prosesinə 2000-ci ilin fevralından başlayıb. Cari ilin oktyabr ayının 1-nə qurumun nizamnamə kapitalı 10 mln. dollar təşkil edib. Bu ilin əvvəlində «SOA Credit»in nizamnamə kapitalındakı 75%-lik iştirak payı Gürcüstanın «TBC Bank»ına satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR