Bank Of Baku

Azərbaycanın «BE&G» sığorta şirkəti nizamnamə kapitalını 50% artırır

Azərbaycanın «BE&G» sığorta şirkəti nizamnamə kapitalını 50% artırır
# 02 oktyabr 2008 10:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «BE&G» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 5 min manat, sayı 80 ədəd, emissiyanın ümumi həcmi isə 400 min manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsilə yerləşdirilməsi planlaşdırılır.
Birja mütəxəssislərinin fikrincə, «BE&G» sığorta şirkətinin artıq oktyabr ayında səhmlərinin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə sığorta şirkətinin nizamnamə kapitalı 50% artaraq 1,2 mln. manata çatacaq.
Qeyd edək ki, təsisçisi iki fiziki şəxs olan «BE&G» sığorta şirkəti 1998-ci ildən «Naxçıvan» sığorta şirkəti kimi fəaliyyətə başlayıb. Şirkət 2001-ci ildə brendini «BE&G»ə dəyişib. Şirkətin 2007-ci il ərzində topladığı sığorta haqlarının həcmi 961,015 min manat, ödənişləri 233,656 min manat, cari ilin iyul ayının 1-nə isə nizamnamə kapitalı isə 800 min manat təşkil edib. Hazırda şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR