Bank Of Baku

«Parabank» Bakıda daha bir filial açıb

«Parabank» Bakıda daha bir filial açıb
# 02 oktyabr 2008 11:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankı (SKB) Bakıda «Yasamal» filialını açıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sayca 11-ci olan bu filial Bakı şəhəri, Şərifzadə küçəsi,41 ünvanda yerləşir.
Yeni filial fiziki və hüquqi şəxslərə hesablaşma-kassa xidmətləri, depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən avtokreditlər və biznes kreditlərinin verilməsi, VISA plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, sürətli pulköçürmə və digər xidmətlər təqdim edir.
Qeyd edək ki, hazırda bankın Bakıda 7, regionlarda isə 4 filialı (Gəncə, Sumqayıt, Beyləqan və Ağcabədi) fəaliyyət göstərir.
Bankın planlarına əsasən, yaxın gələcəkdə daha 4 filialın, o cümlədən Bakıda «Nəsimi» filialının, regionlarda isə 3 filialın (Quba, Şəmkir və Gəncə) açılmasını nəzərdə tutulub.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 56,5 mln. manat, kredit portfeli 33,79 mln. manat, depozit portfeli 30,43 mln. manat, məcmu kapitalı 11,95 mln. manat, nizamnamə kapitalı 9,394 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR