Bank Of Baku

«Bank Standard» Bakıda daha bir şöbə açıb

«Bank Standard» Bakıda daha bir şöbə açıb
# 02 oktyabr 2008 11:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) Bakıda daha bir şöbəsini açıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla da baş ofisi daxil olmaqla, bankın 20 xidmət məntəqəsi fəaliyyət göstərir. Bunlardan 11 filial və 3 şöbə Bakıda, qalan 5 filial isə regionlarda (Gəncə, Quba, Lənkəran, Siyəzən və Sumqayıt) yerləşir.
Qeyd edək ki, yeni şöbə «Bakı» kinoteatrı ilə üzbəüz, Xətai rayonu, Sarayevo küçəsi,13A ünvanında yerləşir.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan və Azərbaycanın ən iri kommersiya bankı olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 712,329 mln. manat, kredit portfeli 439,115 mln. manat, depozit portfeli 250,866 mln. manat, məcmu kapitalı 82,609 mln. manat, o cümlədən nizamnamə kapitalı 50 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR