Bank Of Baku

Sabah Həştərxanda Xəzəryanı ölkələrin 1-ci Hökumətlərarası İqtisadi Konfransı başlayır

Sabah Həştərxanda Xəzəryanı ölkələrin 1-ci Hökumətlərarası İqtisadi Konfransı başlayır
# 02 oktyabr 2008 12:28 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Sabah Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin 1-ci Hökumətlərarası İqtisadi Konfransı başlayacaq. APA-nın məlumatına görə, tədbirdə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın rəsmi hökumət nümayəndələri, iri beynəlxalq şirkətlərin nümayəndələri iştirak edəcəklər.

İki gün davam edəcək konfrans çərçivəsində Xəzəryanı regionun hökumət və aidiyyəti nazirliklərin nümayəndələrinin iclası, işgüzar və ekspert dairələrin təmsilçilərinin bir sıra işgüzar sessiyaları, jurnalistlər üçün mətbuat konfransları, Xəzəryanı ölkələrin investisiya layihələrinin təqdimatı, Həştərxan vilayətinin mədəniyyət və sənaye obyektləri ilə tanışlıq nəzərdə tutulur. Konfransda Xəzəryanı ölkələrin baş nazirlərinin birinci müavinlərinin iştirakı gözlənilir.

İşçi sessiyalarda dövlətlərarası iqtisadi əməkdaşlığın inkişafı, neft, qaz, nəqliyyat infrastrukturunun inkişafı perspektivləri, regionun ekoloji təhlükəsizliyi və digər məsələlər müzakirə olunacaq. Konfrans çərçivəsində Xəzəryanı ölkələrin investisiya layihələri və texnologiyalarına dair irihəcmli beynəlxalq sərgi də təşkil olunacaq. Rusiyanın baş naziri Vladimir Putin artıq konfrans iştirakçılarına müraciət ünvanlayıb. Həştərxan qubernatorunun mətbuat xidmətinin yaydığı məlumata görə, müraciətdə deyilir ki, ilk dəfə keçirilən forumun məqsədi Xəzərdə qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına təkan verməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR