Bank Of Baku

Azərbaycanda pul kütləsi nağd pulların hesabına artır

Azərbaycanda pul kütləsi nağd pulların hesabına artır
# 02 oktyabr 2008 12:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pul kütləsinin həcmi (M2 aqreqatı) 2008-ci ilin sentyabr ayının 1-nə 5 365,1 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə olan analoji göstəricidən 38,3%, ötən ilin müvafiq dövrünə nisbətən isə 64,4% çoxdur.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, pul kütləsinin tərkibində nağd pulların həcmi (M0 aqreqatı) 3 548,6 mln. manat təşkil edib. İlin əvvəlindən bu aqreqat üzrə artım 40,6%, illik artım isə 83,3% təşkil edib.
Sentyabrın 1-i vəziyyətinə, pul kütləsinin strukturunda nağd pulların payı 66,1%-ə çatıb. Bu göstərici ilin əvvəlində 61,6%, ötən ilin sentyabrın əvvəlində isə 59,3%-ə bərabər olub. Beləliklə, pul kütləsində nağd pulların iştirakı artmaqdadır.
Qeyd edək ki, M2-nin tərkibində həm də manatla tələb olunanadək və manatla müddətli depozitlər daxildir. Aqreqatın bu tərkib hissələrinin məcmu artım tempi ilin əvvəlindən 15,6%, ötən ilin sentyabrından isə 36,9% təşkil edib. Yəni, pul kütləsinin artımı nağd pulların həcminin artması hesabına baş verib.
Qeyd edək ki, geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 7 636,6 mln. manat təşkil edib. Cari ilin əvvəlinə nisbətən bu göstərici 35,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 64,5% artıq. Geniş mənada pul kütləsinin tərkibinə M2 aqreqatı ilə yanaşı sərbəst dönərli valyutada olan depozitlər də daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR