Bank Of Baku

Azərbaycan Polşa Mikromaliyyə Mərkəzinin iclasında iştirak edəcək

Azərbaycan Polşa Mikromaliyyə Mərkəzinin iclasında iştirak edəcək
# 02 oktyabr 2008 12:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) bu ilin oktyabr ayının 10-da Polşa Mikromaliyyə Mərkəzinin Parisdə (Fransa) keçiriləcək iclasında iştirak edəcək.
AMA-nın icraçı direktoru Jalə Hacıyevanın «APA-Economics»ə verdiyi məlumata görə, iclas rübdə bir dəfə təşkil olunur. Burada əsas diqqət Polşa Mikromaliyyə Mərkəzinin ötən rüb ərzində gördüyü işlər və növbəti rüb üçün hazırlanacaq layihə və proqramlar, o cümlədən yeni iş planına yetiriləcək.
Xatırladaq ki, Polşa Mikromaliyyə Mərkəzinin tərkibinə Fransa, Azərbaycan, Qırğızıstan, Monqolustan və Ermənistan daxildir.
Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR