Bank Of Baku

Azərbaycan banklarının əsas resurs mənbəyini hüquqi şəxslərin müddətli valyuta depozitləri təşkil edir

Azərbaycan banklarının əsas resurs mənbəyini hüquqi şəxslərin müddətli valyuta depozitləri təşkil edir
# 02 oktyabr 2008 13:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2008-ci ilin sentyabr ayının əvvəlinə 4 088 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, ilin əvvəlinə nisbətən bu göstərici 30,8%, 2007-ci ilin müvafiq dövrünə nisbətən isə 51,1% artıb.
Depozitlərin əsas hissəsi (1 202,8 mln. manat və ya 29,4%) hüquqi şəxslərin xarici valyutada olan müddətli depozitlərinin payına düşür. Ümumilikdə isə, hüquqi şəxslərin depozitlərinin həcmi 2 261,8 mln. manat və ya 55,3% təşkil edir və bunun 1 393,4 mln. manatını valyutada olan depozitlər təşkil edir.
Bankların depozit bazasında fiziki və hüquqi şəxslərin müddətli depozitlərinin həcmi 2 818,6 mln. manata, yəni ümumi həcmin 69%-nə bərabərdir. Beləliklə, qalan 1 269,4 mln. manat və ya 31% tələb olunanadək depozitlərin payına düşür.
Qeyd edək ki, fiziki şəxslərin depozitlərinin həcmi 1 826,2 mln. manat (ümumi həcmin 44,7%) təşkil edir. Fiziki şəxslərin depozitlərinin 54%-i manatla, 46%-i isə xarici valyutada olan depozitlərdir.
Məlumat üçün bildirək ki, bu ilə qədər fiziki şəxslərin depozitlərində əsas pay valyuta (əsasən, dollarda olan) depozitlərinə düşürdü, lakin bu ildən başlayaraq, həmin tendensiya dəyişib. Bunun əsas səbəbi manatın dollara qarşı möhkəmlənməsi ilə bağlıdır. Fiziki şəxslərin depozitlərinin valyutalar üzrə strukturu əhalinin manata inam və etibarının artdığını göstərir.
Öz növbəsində hüquqi şəxslərin depozitlərinin strukturunda manat depozitlərinin payına yalnız 36,8% düşür. Bu, şirkətlərin öz fəaliyyətində valyuta hesablaşmalarına üstünlük verdiyini göstərir. Qeyd edək ki, 2008-ci ilə qədər həm fiziki, həm hüquqi şəxslərin depozitlərinin valyutalar üzrə təsnifatı tam əksinə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR