Bank Of Baku

BVF yeni qurumlar yaratmağı planlaşdırır

BVF yeni qurumlar yaratmağı planlaşdırır
# 02 oktyabr 2008 13:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) texniki yardımın konkret məqsədlərə yönəldilməsi üçün bir sıra trast-fond yaratmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bu məqsədli trast-fondların vəsaitlərinin BVF-nin ayırdığı texniki yardımlara əlavə edilməsi nəzərdə tutulur.
BVF-nin hesablamalarına görə, aşağı və orta gəlirlərə malik olan ölkələrdə texniki yardıma tələbat böyükdür və trast-fondların yaradılmasının məqsədi də məhz bu yardımın genişləndirilməsidir. Bu prosesə əlavə olaraq beynəlxalq donorlar cəlb ediləcək. Hazırda pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə məqsədilə ilk trust-fondun yaradılması barədə artıq donorlarla danışıqlar aparılır.
Bundan başqa, dövlət maliyyə vəsaitləri, təbii sərvətlərlə bağlı olan gəlirlər, daxili və xarici dövlət borclarının idarə olunması, maliyyə sektorunun sabitliyi və inkişafı və s. istiqamətlər üzrə məqsədli trast-fondların yaradılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR