Bank Of Baku

Yanvar-sentyabr aylarında Bakı Fond Birjasının dövriyyəsi 92% artıb

Yanvar-sentyabr aylarında Bakı Fond Birjasının dövriyyəsi 92% artıb
# 02 oktyabr 2008 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 5 984,991 mln. manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünün eyni göstəricisinə nisbətən 91,81% çoxdur.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bağlanmış əməliyyatların 96,94%-i dövlət qiymətli kağızlarının payına düşüb.
Qeyd edək ki, birja fəallığının artımı mütəşəkkil qiymətli kağızlar bazarının bütün seqmentlərində nəzərə çarpmayıb. Belə ki, korporativ qiymətli kağızlar sektorunda azalma müşahidə olunub. Səhmlər üzrə ilkin bazarda həcmin azalması 23,01%, təkrar bazarda isə 98,83% təşkil edib. Ən böyük artım isə repo əməliyyatları sektorunda və notların təkrar bazarında müşahidə olunub:

Bazarın seqmentləri

Yanvar-sentyabr,

2008-ci il

Yanvar-sentyabr,

2007-ci il

Nisbət (%)

DQİ

(yerləşdirmə)

230 493 274,24

160 419 725,38

143,68

DQİ

(təkrar bazar)

36 785 932,44

15 752 457,56

233,53

Notlar

(yerləşdirmə)

1 204 646 066,20

1 275 979 446,78

94,41

Notlar

(təkrar bazar)

390 217 272,82

167 667 682,16

232,73

Repo əməliyyatları

3 939 669 983,28

1 238 163 210,40

318,19

Cəmi DQK bazarı

5 801 812 528,98

2 857 982 522,28

203,00

Korporativ istiqrazlar

(yerləşdirmə)

32 320 946,50

23 725 470,25

136,23

Korporativ istiqrazlar

(təkrar bazar)

14 728 762,43

7 125 215,29

206,71

Səhmlər (yerləşdirmə)

135 479 442,27

175 964 223,80

76,99

Səhmlər (təkrar bazar)

649 968,60

55 450 796,23

1,17

Cəmi KQK bazarı

183 179 119,80

262 265 705,57

69,84

Cəmi

5 984 991 648,78

3 120 248 227,85

191,81



DQİ – dövlət qısamüddətli istiqrazları;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR