Bank Of Baku

Azərbaycan yanvar-sentyabr aylarında gömrük vergi və rüsumlarının həcmini 47% artırıb

Azərbaycan yanvar-sentyabr aylarında gömrük vergi və rüsumlarının həcmini 47% artırıb
# 02 oktyabr 2008 14:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın gömrük orqanları tərəfindən 844,60 mln. manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
DGK tərəfindən proqnoz 0,31% çox olmaqla yerinə yetirilib.
Cari ilin yanvar-sentyabr aylarında DGK tərəfindən büdcəyə ödənilən vəsait 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 269,74 mln. manat və ya 46,92% artıb.
Qeyd edək ki, 2008-ci il üçün DGK qarşısında qoyulmuş proqnoz 1,1 mlrd. manat təşkil edir.
Azərbaycanın 2009-cu il dövlət büdcəsinin layihəsində gömrük orqanlarından daxilolmalar proqnozunun 2008-ci ilin illik proqnozuna nisbətən 17% və ya 190 mln. manat artırılması (1,3 mlrd. manata çatdırılması) təklif olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR