Bank Of Baku

Azərbaycanda bank gəlirlərinin 68%-i kreditlər hesabına formalaşır

Azərbaycanda bank gəlirlərinin 68%-i kreditlər hesabına formalaşır
# 02 oktyabr 2008 14:27 (UTC +04:00)
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk yarısı ərzində bankların ümumi gəlirlərinin həcmi 583 mln. manat olduğu halda, müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin həcmi 398,44 mln. manat, yəni 68,35% təşkil edib. Ümumilikdə isə, gəlirlərin 450,16 mln. manatı, yəni 77,2%-i faiz gəlirlərinin payına düşür:




Göründüyü kimi, bankların kreditlərlə bağlı olmayan əməliyyatlarından əldə etdiyi gəlirin həcmi yalnız 184,56 mln. manat və ya 31,65% təşkil edir. Bunun da 132,84 mln. manatı və ya 22,79%-i qeyri-faiz gəlirlərinin payına düşür. Eyni zamanda, qeyri-faiz xərclərinin qeyri-faiz gəlirlərini 24,5 mln. manat üstələdiyini nəzərə alsaq, bankların kreditlərlə bağlı olmayan fəaliyyətinin tam effektsizdir.
Qeyd edək ki, bank xərclərinin əsas hissəsi müddətli depozitlər (30%), əmək haqqı (18%) və banklardan alınmış kredit və depozitlər üzrə faizlərin (15%) payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR