Bank Of Baku

Azərbaycanda ümidsiz bank aktivlərinin həcmi son bir ildə 2,3 dəfə azalıb

Azərbaycanda ümidsiz bank aktivlərinin həcmi son bir ildə 2,3 dəfə azalıb
# 02 oktyabr 2008 14:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sisteminin məcmu aktivlərinin 0,9%-i ümidsiz aktivlərin payına düşür. Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, 2007-ci ilin ilk yarısı sonunda bu göstərici 2,1%-ə bərabər olub. Nəticədə, son bir il ərzində ümidsiz aktivlərin real həcmi 22%, nisbi həcmi isə 1,2 faiz bəndi və ya 2,3 dəfə azalıb.
Eyni zamanda, təhlükəli və qeyri-qənaətbəxş aktivlərin ümumi aktivlərdə payları da azalıb. Belə ki, təhlükəli aktivlərin real həcminin 28,3% artmasına baxmayaraq, nisbi azalması 21,4% təşkil edib, qeyri-qənaətbəxş aktivlər isə 26% azalıb, nisbi azalması isə 2,7 dəfə olub. Bu, bank aktivləri üzrə sağlamlaşma tendensiyasının müşahidə olunduğunu təsdiqləyir. Eyni zamanda, bu, bankların aktiv əməliyyatlara olduqca ehtiyatla yanaşmasından irəli gəlir.
Ümumiyyətlə, məcmu bank aktivlərinin strukturunda təhlükəli, qeyri-qənaətbəxş və ümidsiz aktivlərin xüsusi çəkisinin 5-6% səviyyəsində olması normal hesab edilir. Azərbaycanda isə banklar əsasən tam risksiz aktiv əməliyyatlara üstünlük verir ki, bu da bankların risk siyasətini risksiz əməliyyatlar əsasında qurmasından irəli gəlir. Bu səbəbdən də bank aktivlərinin həcmi hələ də aşağı səviyyədədir. Belə ki, Azərbaycanda məcmu bank aktivlərinin ümumi daxili məhsula (ÜDM) nisbəti 38% təşkil edir. Müqaisə üçün bildirək ki, Qazaxıstanda bu göstərici 80-85%, Rusiyada – 45-50% təşkil edir, inkişaf etmiş ölkələrdə isə bank aktivləri ÜDM-ni 1,5-2 dəfə üstələyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR