Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, hesabat dövründə avro üzrə keçirilən nağd əməliyyatların həcmi 556,586 mln. avro təşkil edib. Qeyd edək ki, 2007-ci ildə ümumilikdə bu cür əməliyyatların həcmi 547,903 mln. avroya bərabər olub. Bu isə cari ilin 8 aylıq göstəricisindən 1,6% azdır. Cari ilin yanvar-avqust aylarında avro üzrə keçirilən nağd valyuta mübadilə əməliyyatlarının həcmi 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 37,5% çoxdur.
Təhlil olunan dövr ərzində qeydə alınmış həcm göstəricisinin 524,892 mln-u satış, 31,694 mln-u isə alış əməliyyatlarının payına düşüb. Nəticədə, alış əməliyyatlarının həcmi ötən ilin 8 ayına nisbətən 33,4%, satış əməliyyatları isə 3,5 dəfə artıb. Beləliklə, avro üzrə satış əməliyyatları alış əməliyyatlarını 16,6 dəfə üstələyib.
Azərbaycanda avro ilə keçirilən nağd valyuta mübadilə əməliyyatlarının həcminin son üç ildə dinamikası kəskin artımla səciyyələnib:
Maraqlıdır ki, avro üzrə əməliyyatların artımı tək Azərbaycanın avrozona ilə xarici ticarətin artması ilə bağlı deyil. Beə ki, əgər alış satışı üstələsəydi, bu halda demək olardı ki, idxalçılar öz əməliyyatları üçün avro alır. Hazırda isə əks tendensiya müşahidə olunur. Nağd avronun satış həcminin alış həcmini üstələməsi ümumilikdə Azərbaycan iqtisadiyyatında avronun rolunun gücləndiyini əks etdirir. Hətta ölkə daxilində də aparılan əməliyyatlarda avronun iştirakı genişlənib.