Bank Of Baku

Azərbaycanda bank kreditlərinin 40%-i istehlak kreditlərinin payına düşür

Azərbaycanda bank kreditlərinin 40%-i istehlak kreditlərinin payına düşür
# 03 oktyabr 2008 09:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının məcmu kredit portfeli 2008-ci ilin sentyabr ayının 1-nə 6 455 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 80,7%, cari ilin əvvəlinə nisbətən isə 35,7% artıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.
Kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 122,9 mln. manat, xüsusi çəkisi isə 1,9% təşkil edib. Qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2%, ilin əvvəlindən isə 23,1% artıb. Buna baxmayaraq, bu kateqoriyadan olan ssudaların məcmu kredit portfelində payı son bir ildə 1 faiz bəndi, cari ilin əvvəlindən isə 0,2 faiz bəndi azalıb.
Kredit portfelinin sahələr üzrə bölgüsünə gəldikdə isə, vurğulamaq lazımdır ki, o, əvvəlki kimi qeyri-sağlamdır. Belə ki, real iqtisadiyyatla bağlı olmayan sahələrə, yəni ev təsərrüfatlarına (istehlak kreditləri) və ticarət və xidmətlər sektoruna verilən kreditlərin ümumi kredit portfelində payı 61,4%-ə bərabər olub. Ümumilikdə, sahələr üzrə kreditlərin strukturu aşağıdakı kimidir:



Qeyd edək ki, avqust ayı ərzində istehlak kreditlərinin payı 0,8 faiz bəndi artaraq 37,2%-ə çatıb. Bu da onu göstərir ki, istehlak kreditləri bank sektorunda yenə də əsas rol oynayır. Azərbaycanda kredit portfelinin ilbəil artımı müşahidə olunsa da, onun strukturu dəyişməz qalır. Ümumilikdə, kredit portfelinin artım dinamikası olduqca yüksəkdir:



Qeyd edə ki, kredit portfelinin həcmi son 8 ildə 14 dəfə, son 5 ildə 9,6 dəfə, son iki ildə 3,2 dəfə artıb. Lakin kredit portfelinin strukturunda dəyişliklik baş vermir. Məsələn, istehlak kreditləri artıq 2003-cü ildən başlayaraq məcmu portfeldə «başçılıq» edir. Bir çox ölkədə istehlak kreditlərinin payı 20%-ə çatır, lakin Azərbaycandakı kimi 40%-ə yaxın olan göstərici heç bir bank sistemində mövcud deyil. Bankların istehlak kreditlərinə meyl etməsi milli bank sistemi üçün çox təhlükəlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR