Bank Of Baku

Londonda «Artan ərzaq qiymətləri: səbəblər, nəticələr və tədbirlər» mövzusunda müzakirələr keçirilir

Londonda «Artan ərzaq qiymətləri: səbəblər, nəticələr və tədbirlər» mövzusunda müzakirələr keçirilir
# 03 oktyabr 2008 09:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londondakı qərargahında «Artan ərzaq qiymətləri: səbəblər, nəticələr və tədbirlər» mövzusunda müzakirələr keçiriləcək.
AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, onilliklərlə davam edən sabitlikdən sonra, ərzaq məhsullarının qiymətləri 2002-ci ilin yanvardan 2008-ci ilin iyul ayına qədər 130% artıb: «Bu, yoxsulluğun azaldılması, sosial stabillik, inflyasiya kimi problemlər istiqamətində görülən tədbirlərdə ləngimələrlə yanaşı bir çox inkişafda olan ölkələrdə ortamüddətli iqtisadi artıma dair narahatlıq yaradıb».
AYİB-in baş iqtisadçısı Erik Berglofun sədrliyi ilə keçirilən müzakirədə 4 tanınmış ekspert - Harvard Universitetindən Maykl Kremer, Corc Vaşinqton Universitetindən xanım Nora Lustig, Stenford Universitetindən Piter Timmer və AYİB-in agrobiznes üzrə direktoru Gilles Mettetal iştirak edəcək. Müzakirələr inkişaf edən və inkişaf etmiş ölkələrin, o cümlədən beynəlxalq təşkilatların müvafiq proflikatik siyasəti, inkişafda olan ölkələrin hökumətlərinin qiymət artımının daxili qiymətlərə təsirinə hansı həddədək imkan verməli olduqları, beynəlxalq təşkilatların yeni ticarət qaydaları ilə və ya kasıbları təcrid etmək yolu ilə qiymət tərəddüdlərindən qorunmağın mümkünlüyü, kənd təsərrüfatında səmərəliliyin və məhsuldarlığın artırılmasına kapital qoyuluşlarının təşviqi və digər əlaqədar mövzular ətrafında aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR