Bank Of Baku

Azərbaycanın nümayəndə heyəti Həştərxanda keçirilən Xəzər dənizi ölkələrinin hökumətlərarası iqtisadi beynəlxalq konfransına qatılıb

Azərbaycanın nümayəndə heyəti Həştərxanda keçirilən Xəzər dənizi ölkələrinin hökumətlərarası iqtisadi beynəlxalq konfransına qatılıb
# 03 oktyabr 2008 09:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Həştərxanda (Rusiya) Xəzər dənizi ölkələrinin hökumətlərarası iqtisadi beynəlxalq konfransı işə başlayıb. Bu barədə «APA-Economics»ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) məlumat verilib.
Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinə baş nazirinin birinci müavini Yaqub Eyyubov başçılıq edir.
«Bir sıra ölkənin iştirak etdiyi konfransda Azərbaycanı hökumət rəsmiləri ilə yanaşı Azpromo-nun da nümayəndələri təmsil edir. Tədbir iştirakçılarına Azərbaycanın neft və qaz sektorunun potensialından məlumat veriləcək və bir sıra digər məsələlər müzakirə olunacaq», - deyə Fonddan bildirilib.
Konfransda həmçinin Xəzər dənizi ölkələri arasında iqtisadi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq.
Xatırladaq ki, Azpromo 2003-cü ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Hazırda Fondun Himayəçilər Şurasına müxtəlif nazirlik və idarələr, beynəlxalq təşkilatlar, eləcə də özəl şirkətlərin nümayəndələrindən ibarət 92 nəfər daxildir.
Qeyd edək ki, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov da Həştərxana yola düşüb. Nazir burada Xəzəryanı ölkələrin nəqliyyat nazirləri və müvafiq qurumların rəhbərlərinin toplantısında iştirak edəcək. İclasda Xəzər hövzəsi regionunda nəqliyyat əlaqələri, daşımaçılığın inkişafı və perspektivləri müzakirə olunacaq. Nazirlərin iclası cari ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçıları sammitinə hazırlıq məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR