Bank Of Baku

Azərbaycanda Əsas Vəsaitlərin Uçotu avtomatlaşdırılmış sisteminin tətbiqi üzrə tender keçirilir

Azərbaycanda Əsas Vəsaitlərin Uçotu avtomatlaşdırılmış sisteminin tətbiqi üzrə tender keçirilir
# 03 oktyabr 2008 11:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi «Əsas Vəsaitlərin Uçotu avtomatlaşdırılmış sistemi»nin alınması və tətbiqi məqsədilə tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğində iştirak haqqı ödəməlidirlər. İddiaçılar sənədlərini və tender təkliflərini bu ilin noyabrın 4-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru noyabrın 5-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 404-47-27.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR