Bank Of Baku

Azərbaycan Milli Bankı ödəniş sisteminin istifadəsi üçün provayder seçir

Azərbaycan Milli Bankı ödəniş sisteminin istifadəsi üçün provayder seçir
# 03 oktyabr 2008 11:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Milli Bankı Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin istifadəsi üçün İnternet provayderinin seçilməsi ilə bağlı kotirovka sorğusu elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, sorğuda iştirak etmək istəyənlər 50 manat məbləğində iştirak haqqı ödəməlidirlər. Sorğu təklifləri bu ilin oktyabrın 17-dək təqdim olunmalıdır.
Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru oktyabrın 17-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 493-11-22.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR