Bank Of Baku

Ziyad Səmədzadə: «Yaxın 5 ildə Azərbaycanda adambaşına düşən ÜDM-nin həcmi 2 dəfə artacaq»

Ziyad Səmədzadə: «Yaxın 5 ildə Azərbaycanda adambaşına düşən ÜDM-nin həcmi 2 dəfə artacaq»
# 03 oktyabr 2008 11:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Xəzər İnteqrasiya İşgüzar Klubu (CİBC) üzvlərinin Azərbaycan Milli Məclisinin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə ilə görüşü keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən CİBC-nin prezidenti Telman Əliyev klubun fəaliyyəti barədə məlumat verib. T.Əliyev bildirib ki, hazırda klubda Azərbaycanla yanaşı MDB məkanında və Avropada fəaliyyət göstərən bir sıra nüfuzlu şirkətlər təmsil olunur.
Z.Səmədzadə isə çıxışında əsas diqqəti Azərbaycanda gedən iqtisadi proseslərə yönəldib. Azərbaycanda azad iqtisadi mühitin yarandığını deyən Z.Səmədzadə bu sahədə daha böyük imkanların yaradılması üçün mükəmməl qanunvericilik bazasının hazırlandığını vurğulayıb.
«Bu ilin sonuna qədər Azərbaycanda adambaşına düşən məhsul istehsalı 5,6 min ABŞ dolları olacaq. Növbəti 5 il ərzində isə bu göstərici 10 min dollara çatacaq», - deyə Z.Səmədzadə vurğulayıb.
Komissiya sədri onu da vurğulayıb ki, ölkədə daxili investisiyaların həcmi artır və artıq yaxın illərdə Azərbaycanda daxili investisiyalar xarici investisiyaların həcmini üstələyəcək.
Toplantıda iştirak edən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Ələkbər Məmmədov isə çıxışında vurğulayıb ki, hazırda ölkədə 400 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. ASK prezidenti qeyd edib ki, 5 il əvvəl sahibkarlıq subyektlərinin 76,5%-i paytaxtda cəmləşdiyi halda, indi bu göstərici 52%-ə enib.
Daha sonra Z.Səmədzadə CİBC üzvlərinin suallarını cavablandırıb. Sonda ona CİBC-nin fəxri üzvü seçilməsi münasibəti ilə diplom təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR