Bank Of Baku

USAID Azərbaycan Mikromaliyyə Assosiasiyasına qrant ayıracaq

USAID Azərbaycan Mikromaliyyə Assosiasiyasına qrant ayıracaq
# 03 oktyabr 2008 12:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) insan resursları üzrə strategiyasını təkmilləşdirmək məqsədi ilə AMA-ya 35 min ABŞ dolları həcmində qrant ayırmaq niyyətindədir.
USAID-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, insan resursları üzrə yeni strategiyanın icrası üçün tender keçiriləcək. Hazırda proqramın icrası üçün bu istiqamətdə AMA ilə danışıqlar aparılır.
Qeyd edək ki, USAID 1992-ci ildən indiyə kimi Azərbaycana 284 mln. ABŞ dolları məbləğində yardım göstərib.
Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR