Bank Of Baku

Azərbaycanın vergi orqanları reyd zamanı 1 717 vergi ödəyicisində qanun pozuntusu faktı aşkarlayıb

Azərbaycanın vergi orqanları reyd zamanı 1 717 vergi ödəyicisində qanun pozuntusu faktı aşkarlayıb
# 03 oktyabr 2008 12:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin sentyabrın 18-dən 21-dək keçirdiyi operativ nəzarət tədbirləri zamanı 1 717 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Operativ nəzarət tədbirləri zamanı 880 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 103 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkarlanıb. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 253 vergi ödəyicisi müəyyən olunub, 159 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olması faktları aşkar edilib.
Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 125 vergi ödəyicisində 134 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 70 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 97 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları aşkar olunub.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 30 vergi ödəyicisində 990,1 manat dəyərində 1 109 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilərək müvafiq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR