Bank Of Baku

Azərbaycanın təkrar səhm bazarı heçə enib

Azərbaycanın təkrar səhm bazarı heçə enib
# 03 oktyabr 2008 12:52 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə BFB-nin yanvar-sentyabr ayları üzrə hesabatında deyilir.
Səhmlər üzrə təkrar bazarın ümumi birja dövriyyəsində payı isə hesabat dövründə 0,01% təşkil edib. Bu göstərici Azərbaycanda təkrar səhm bazarının mövcud olmadığını göstərir.
Qeyd edək ki, təhlil olunan dövrdə səhmlərin yerləşdirilməsi həcmi 135,5 mln. manat təşkil edib ki, bu da ötən ilin üç rübü ilə müqayisədə 23% azdır. İlkin bazarda azalma bankların səhm yerləşdirməsinin azalması ilə izah oluna bilər. Təkrar bazarın, demək olar ki, sıfır səviyyəsinə düşməsi isə bazar iştirakçılarının bu seqmentə marağının olmamasının nəticəsidir. Bunun fonunda səhm bazarı iştirakçıları əqdlərin birjadan kənar bağlanmasına üstünlük verir. Burada isə qiymətlər və nəticə etibarı ilə real həcmlər nəzarətdən kənarda qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR