Bank Of Baku

Avqustda Azərbaycanın daxili valyuta bazarı yeni rekord müəyyənləşdirib

Avqustda Azərbaycanın daxili valyuta bazarı yeni rekord müəyyənləşdirib
# 03 oktyabr 2008 13:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın daxili valyuta bazarının həcmi 2008-ci yanvar-avqust aylarında 20 270 146,6 min manat təşkil edib. Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumatına görə, bunun 4 559 437,7 min manatı (22,5%-i) avqust ayının payına düşür ki, bu da ölkənin valyuta bazarının tarixində rekord aylıq göstəricidir.
Qeyd edək ki, 2008-ci ilin avqust ayında daxili valyuta bazarının həcmi ötən ilin avqust göstəricisindən 3,4 dəfə çoxdur. Ümumilikdə isə 8 ay üzrə illik artım 2,15 dəfə təşkil edib. Cari ilin 8 aylıq göstəricisi ötən ilin məcmu göstəricisini 34% üstələyir.
Daxili valyuta bazarının strukturunda əsas yeri dollarla aparılan əməliyyatlar tutur. Dollar üzrə əqdlərin həcmi yanvar-avqust aylarında 19 683 553,6 min dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 2,1 dəfə çoxdur. Avro üzrə əməliyyatların həcmi isə ötən ilin 8 ayına nisbətən 2,75 dəfə artaraq 3 995 733,3 min avroya çatıb. İngilis funtu üzrə əməliyyatların həcmi 25 234,6 min funt təşkil edib və bu valyuta üzrə 37,4%-lik azalma qeydə alınıb. Rusiya rublu üzrə isə əməliyyatların həcmi 2,5 dəfə artıb və 19 525 109,2 min rubla çatıb.
Daxili valyuta bazarının illər üzrə dinamikası göstərir ki, burada dövriyyələr son illər kəskin şəkildə artır və bu, iqtisadiyyatdakı artım prosesləri, bank əməliyyatlarının aktivləşməsi, həmçinin xarici ticarətin genişlənməsi ilə bağlıdır:
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR