Bank Of Baku

Oktyabrın sonunda Azərbaycanda beynəlxalq bank konfransı keçiriləcək

Oktyabrın sonunda Azərbaycanda beynəlxalq bank konfransı keçiriləcək
# 03 oktyabr 2008 14:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin oktyabr ayının 25-26-da Bakıda beynəlxalq bank konfransı keçiriləcək.
Azərbaycan Banklar Assosiasiyasının (ASA) icraçı direktoru Fərhad Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, konfrans MDB və Şərqi Avropa ölkələrinin Banklar Assosiasiyasının Beynəlxalq Bank Şurası tərəfindən təşkil olunur. Tədbirin əsas sponsoru rolunda Azərbaycan Beynəlxalq Bankı (ABB) çıxış edir.
F.Əliyevin sözlərinə görə, konfransın keçirilməsində əsas məqsəd ayrı-ayrı ölkələrin bankları arasında yaxın əlaqələrin qurulması, həmçinin banklar assosiasiyaları arasında əməkdaşlığın gücləndirilməsidir. Tədbirə 40-a yaxın ölkənin bank nümayəndələri qatılacaq.
Xatırladaq ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. Quruma 44 bank və 4 qeyri-bank təşkilatı üzv olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR