Bank Of Baku

«Paşa Sığorta» şirkəti sığorta hadisələri ilə bağlı mərkəz yaradıb

«Paşa Sığorta» şirkəti sığorta hadisələri ilə bağlı mərkəz yaradıb
# 03 oktyabr 2008 14:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti Sığorta hadisələri və hüquqi təminat Mərkəzi yaradıb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni struktur Bakı şəhəri Tolstoy küçəsi,170 ünvanında, «Paşa Center»in birinci mərtəbəsində yerləşir.
Mərkəzi və Şərqi Avropa ölkələrinin aparıcı sığortaçılarının təcrübəsi əsasında qurulmuş bu mərkəz həftənin bütün günləri ərzində 24 saat korporativ və fərdi müştərilərə istər avtomobil, istərsə də digər sığorta növləri üzrə sığorta hadisələri ilə bağlı (qəzalar, yanğın, bədbəxt hadisə və s.) xidmət göstərəcək. Mərkəzinin strukturu iki əsas istiqamətdən – qeydiyyat və hüquqi təminat şöbəsi və qəza-texniki xidmət şöbəsi, həmçinin digər yardımçı xidmətlərdən ibarətdir.
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 9 mln. manat təşkil edir. Hazırda şirkət 4 icbari və 25 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR