Bank Of Baku

Sentyabrda Azərbaycanda səhmlər üzrə 587 alqı-satqı müqaviləsi dövlət qeydiyyatına alınıb

Sentyabrda Azərbaycanda səhmlər üzrə 587 alqı-satqı müqaviləsi dövlət qeydiyyatına alınıb
# 04 oktyabr 2008 08:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayı ərzində Azərbaycan Milli Depozit Mərkəzi (MDM) tərəfindən səhmdar cəmiyyətlərin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 14 müqavilə bağlanıb ki, bu da əvvəlki ayla müqayisədə 2 dəfə çoxdur.
MDM-dən «APA-Economics»ə verilən məlumata görə, sentyabr ayı ərzində 16 306 445 manat nominal dəyərində olan 7 342 864 səhm üzrə 587 alqı-satqı müqaviləsi, həmçinin 73 800 manat nominal dəyərində olan 9 istiqraz üzrə 5 alqı-satqı müqaviləsi qeydiyyata alınıb.
Qeyd edək ki, cari ilin ilk doqquz ayı ərzində MDM tərəfindən səhmdar cəmiyyətlərin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair ümumilikdə 95 müqavilə bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR