Bank Of Baku

Daha iki ölkə dollardan imtina edib

Daha iki ölkə dollardan imtina edib
# 04 oktyabr 2008 08:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin oktyabr ayının 6-dan etibarən Argentina və Braziliya qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dollarından istifadə etməyəcək. «APA-Economics»in məlumatına görə, bu bəyanatla Argentina prezidenti Kristina Fernandes çıxış edib. Dövlət başçısı qeyd edib ki, bundan sonra iki ölkə arasında ticarət əməliyyatları yalnız bu dövlətlərin valyutaları əsasında aparılacaq.
K.Fernandesin fikrincə, bu addım iki ölkənin iqtisadiyyatının inteqrasiyasına və möhkəmlənməsinə müsbət təsir göstərəcək. Qeyd edək ki, Braziliya ilə Argentina arasında ticarət dövriyyəsinin həcminin 2008-ci ilin sonuna kimi 30 mlrd. dollara çatacağı proqnozlaşdırılır.
Hər iki ölkənin iş adamları və iqtisadçıları isə öz növbəsində dövlət başçılarının bu addımına pessimist yanaşırlar. Onlar hesab edirlər ki, dünya bazarında müşahidə olunan maliyyə böhranına baxmayaraq, dollar hələ də peso və realdan daha sabit valyutadır. İqtisadçıların fikrincə, argentinalıların əksəriyyəti 2001-ci ildə ölkədə baş vermiş iqtisadi böhrandan sonra öz vəsaitlərini əsasən dollarda saxlayır və son qərar daha çox siyasi maraqlara xidmət edir. «Çox az sayda ixracatçı yeni sxem üzrə işləyəcək», - deyə Argentinanın İxracat Palatasının vitse-prezidenti Elvio Baldinelli bildirib.
Qeyd edək ki, Argentina və Braziliyadan əvvəl xarici ticarət əməliyyatlarında dollardan Fars körfəzinin 5 ölkəsi, o cümlədən Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, Qatar və BƏƏ imtina edib. Bu ölkələr valyuta birliyinin yaradılması və vahid valyuta haqqında qərara gəlib. Bu prosesə 2010-cu ildən start veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR