Bank Of Baku

ABŞ Konqresi «Polson planı»nı təsdiqləyib

ABŞ Konqresi «Polson planı»nı təsdiqləyib
# 04 oktyabr 2008 08:35 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, «Polson planı» adlanan bu sənədin lehinə 263, əleyhinə isə 171 konqresmen səs verib.
Xatırladaq ki, qanun maliyyə sistemində qeyri-sağlam aktivlərin (əsasən, ipoteka kreditləri üzrə törəmə aktivləri) alınmasını nəzərdə tutur. Maliyyə naziri Polson və ümumiyyətlə ABŞ rəhbərliyi hesab edir ki, bu addımın atılması maliyyə sistemində böhranın aradan qaldırılması üçün zəruri tədbirdir. Qanunun tərəfdarları hesab edirlər ki, ölkənin tam maliyyə böhranı bürüyüb və bu sənəd qəbul olunmasa, böhran daha da kəskinləşəcək. Sənədin qəbulundan dərhal sonra qanun layihəsini ABŞ prezidenti Corc Buş da təsdiqləyib.
Maraqlıdır ki, qanunun qəbul edilməsi ABŞ-ın fond bazarında son günlər müşahidə olunan enmə prosesini dayandırmayıb. Oktyabrın 3-də Dow Jones indeksi 1,5%, NASDAQ isə 1,48% düşüb.
Qeyd edək ki, ABŞ parlamenti qanunu qəbul edərkən iki mühüm bəndi sənədə əlavə edib. İlk növbədə bank depozitlərinin sığorta təminatının limiti 100 min dollardan 250 min dollara qədər artırılıb, həmçinin biznes və fərdi vergi ödəyiciləri üçün 110 mlrd. dollar həcmində vergi güzəştləri əlavə edilib.
Bəzi analitiklərin fikrincə, 700 mlrd. dollarlıq maliyyə axını ABŞ iqtisadiyyatında çox saylı neqativ nəticələrə (inflyasiyanın sürətlənməsi, dolların kəskin ucuzlaşması, korporativ sektorda məsuliyyətsizlik və s.) səbəb olacaq. Bunların isə dünya maliyyə sisteminə də təsir edəcəyi şübhəsizdir. Artıq indi Avropa və Asiyada ABŞ-la bağlı olmayan aktivlərə tələbat kəskin artır, yəni investorlar dollar aktivlərindən çəkinir. Son sözü isə ABŞ-ın dünən qəbul etdiyi qanunun icrasının ilkin nəticələri deyəcək: ya böhran tendensiyaları azalmağa doğru gedəcək, ya da Amerika iqtisadiyyatı və valyutasının dünya miqyasında dominantlığına son qoyulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR