Bank Of Baku

AIG xaricdəki daha üç bölməsini satmağa hazırlaşır

AIG xaricdəki daha üç bölməsini satmağa hazırlaşır
# 04 oktyabr 2008 09:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «American International Group» (AIG) sığorta şirkəti Yaponiyada həyat sığortası üzrə «Alico Japan», «AIG Edison Life İnsurance Co.» və «AIG Star Life Insurance Co.» üç bölməsinin satılması barədə bəyanat yayıb.
«APA-Economics»in məlumatına görə, bu addım ABŞ hökuməti tərəfindən AIG-ə kreditin ödənilməsi çərçivəsində atılır. AIG-in baş ofisinin məlumatına görə, şirkət bütün dünyada bir sıra bölmələrini satmaq niyyətindədir. Xatırladaq ki, hazırda sığorta şirkətinin dünyada 130 törəmə strukturu mövcuddur.
Qeyd edək ki, sentyabrın 17-də ABŞ-ın Federal Ehtiyat Sistemi AIG-ə 85 mlrd. dollar məbləğində kredit ayırıb. Şirkətin səhmlərinin 79,9%-nin girov qoyulan bu kreditin məqsədi AIG-i müflisləşmədən xilas etməkdir. Şirkətin 2008-ci ilin ilk yarısı üzrə xalis zərəri 13,162 mlrd. dollar təşkil edib, ötən ilin müvafiq dövründə isə şirkət 8,4 mlrd. dollar mənfəət əldə edib. Kredit 2 il müddətinə verilsə də, şirkət ödənişi tezləşdirmək niyyətindədir. Aparılan islahatlar çərçivəsində artıq şirkətin bütün top-menecmenti dəyişdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR