Bank Of Baku

İlin sonunda Qazaxıstan banklarını ciddi sınaq gözləyir

İlin sonunda Qazaxıstan banklarını ciddi sınaq gözləyir
# 04 oktyabr 2008 11:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya maliyyə böhranı tədricən əhatə dairəsini genişləndirir. Artıq Qazaxıstan iqtisadçıları da ölkələnin bank sistemində mövcud problemlərin mürəkkəbləşdiyini etiraf edirlər.
«APA-Economics»in məlumatına görə, Mərkəzi Asiyanın İqtisadi Strategiyalar İnstitutunun hesablamalarına əsasən, hazırda Qazaxıstan banklarının məcmu xarici borcu 12 mlrd. dollara çatıb və bu, ümumi bank aktivlərinin 11%-nə bərabərdir. Bu həcmin böyük hissəsi üzrə ödənişlər isə artıq cari ilin sonuna təsadüf edir və bnəticədə, bankların cari likvidlik problemi kəskinləşə bilər.
Bununla yanaşı, banklarda vaxtı keçmiş kreditlərin həcmi artmaqdadır və bu səbəbdən bankların mənfəəti azalır. Cari ilin üç rübü ərzində Qazaxıstan banklarının mənfəəti 82,4 mlrd. tenqe (687 mln. dollar) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır. Ekspertlər belə şəraitdə bankların xarici borclarını normal şəkildə qaytara biləcəyinə şübhə ilə yanaşır.
Çıxış yolu olaraq Qazaxıstan bankları ümidlərini likvidliyin yeni mənbəyinə bağlayıb. Bu rolu Beynəlxalq Valyuta Fondunun təklif etdiyi «stress aktivlər fondu» oynaya bilər. Fondun yaradılması prosesində Dünya Bankının da iştirak edəcəyi gözlənilir. Bu fondun fəaliyyəti kommersiya əsaslı olsa da, Qazaxıstan ekspertləri bu təşəbbüsün uğuruna olduqca pessimist yanaşırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR