Bank Of Baku

Azərbaycanda bankların 8 aylıq mənfəəti ötən ilin göstəricisini 65% üstələyib

Azərbaycanda bankların 8 aylıq mənfəəti ötən ilin göstəricisini 65% üstələyib
# 06 oktyabr 2008 07:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının məcmu mənfəəti 2008-ci ilin yanvar-avqust aylarında 181,42 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün eyni göstəricisi ilə müqayisədə 64,6% çoxdur.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, bankların faiz mənfəəti 346,16 mln. manat (illik artım – 83,7%), qeyri-faiz zərəri - 32,79 mln. manat (illik artım – 2,3 dəfə), aktivlər üzrə xüsusi ayırmalar – 131,95 mln. manat (illik artım – 2,1 dəfə) təşkil edib.
Hesabat dövründə bankların faiz gəlirləri 622,22 mln. manat (artım – 93,3%), faiz xərcləri isə 276,06 mln. manat (artım – 2,1 dəfə) təşkil edib. Bununla yanaşı, bankların qeyri-faiz gəlirləri 188,65 mln. manata (artım – 52,6%), xərcləri isə 221,44 mln. manata (artım – 60,7%) bərabər olub. Göründüyü kimi, bankların qeyri-faiz əməliyyatları üzrə zərərlə işləməsi tendensiyası davam etməkdədir.
Bundan əlavə, həm faiz, həm də qeyri-faiz xərclərinin artım templəri müvafiq təsnifatlar üzrə gəlirlərin templərini üstələyir. Bu isə bankların fəaliyyətinin effektivliyinin azalmasını əks etdirir. Qeyri-faiz əməliyyatları üzrə zərərin yaranması artıq daimi xarakter alıb və bank fəaliyyətinin genişlənməsi (kredit və depozit portfelləri, ümumi aktivlər və s. göstəricilərin artması) nəticəsində xərclər də artır, bəzi hallarda isə artım tempi gəlirlər üzrə artım tempini üstələyir.
Qeyd edək ki, yanvar-avqust ayları ərzində fəaliyyəti nəticəsində bankların əldə olunmuş mənfəəti artıq ötən ilin göstəricisini 5,4% artıqdır. O cümlədən, faiz mənfəəti ötən ilin göstəricisindən 11,8% artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR