Bank Of Baku

Azərbaycanda korporativ qiymətli kağızlar bazarının inkişafının ləngiməsi BFB üçün problem yarada bilər

Azərbaycanda korporativ qiymətli kağızlar bazarının inkişafının ləngiməsi BFB üçün problem yarada bilər
# 06 oktyabr 2008 08:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın mütəşəkkil fond bazarında korporativ qiymətli kağızların payı 2008-ci ilin yanvar-sentyabr ayları ərzində 3,1% düşüb. Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata əsasən, hesabat dövründə korporativ qiymətli kağızlar üzrə dövriyyə 183 179 119,8 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,2% azdır.
Qeyd edək ki, azalma yalnız səhm bazarında müşahidə olunub. Belə ki, ilkin səhm bazarı üzrə 23%, təkrar bazar üzrə isə 98,8% azalma qeydə alınıb. Korporativ istiqrazlar seqmentində isə əksinə, artım müşahidə olunub: ilkin bazar 36%, təkrar bazar isə 2,1 dəfə genişlənib. Buna baxmayaraq, korporativ qiymətli kağızlar üzrə birja dövriyyələri hələ də aşağı səviyyədədir.
Göründüyü kimi, cari ilin ilk üç rübündə birjanın ümumi dövriyyəsinin 96,9%-i dövlət qiymətli kağızlar aparılan əməliyyatların payına düşüb. Bu isə çox təhlükəlidir haldır, çünki həm Maliyyə Nazirliyinin DQİ-lərı və mərkəzi bankın notları yalnız müvafiq olaraq büdcə və pul-kredit siyasətlərinin yerinə yetirilməsi alətləridir və onların bazarda daimi mövcudluğu zəmanətli deyil (bu kağızlar investisiya yönümlü deyil və istənilən an emitent tərəfindən onların həcmi məhdudlaşdırıla bilər və ya ümumiyyətlə, yerləşdirilməsi dayandırıla bilər).
Qeyd edək ki, hazırda dövlət büdcəsində profisit mövcuddur, yəni DQİ-lər vasitəsi ilə daxili borclanmanın azaldılması ehtimalı var. Pul-kredit sahəsində isə hələlik notlar üçün şərait əlverişlidir, lakin dünya bazarında dəyişkən vəziyyəti nəzərə alsaq, Azərbaycanda da maliyyə sektorunda müəyyən dəyişikliklər istisna olunmur.
Bununla yanaşı nəzərə alınmalıdır ki, dövlət qiymətli kağızları fond bazarının inkişafına aparıcı rol oynamır, real inkişaf yalnız korporativ qiymətli kağızlar bazarının genişlənməsi hesabına mümkündür. Əks halda, fond birjasında dövriyyələr kəskin azala bilər.
Buna görə, diqqət məhz korporativ seqmentə yönəldilməlidir. Qeyd edək ki, yeni yaradılan mütəşəkkil fond bazarlarında korporativ qiymətli kağızlar sektorunda ilk öncə istiqrazlar meydana çıxır. Çünki bu alətlər səhmlərə nisbətən daha aşağı riskli hesab olunur. Azərbaycanda bu tendensiya qismən müşahidə olunub: 2005-ci ildə korporativ istiqrazlar bazarı, o cümlədən, təkrar bazar inkişaf etməyə başlayıb. Lakin növbəti mərhələ hesab olunan səhm bazarının inkişafı hələ də ləngiyir. Nəticədə, hazırda birja dövriyyəsi faktiki olaraq dövlət qiymətli kağızlar hesabına formalaşır. Bunun əsas səbəbi birjadan kənardır: səhm sahibləri (onların sayı 100 minə yaxındır) öz əqdlərini açıq və şəffaf olan birja meydançasında aparmaqda maraqlı deyil. Bunun isə öz növbəsində bir neçə subyektiv səbəbi var və onların arasında əsas rolu Azərbaycanda fəaliyyət göstərən səhmdar cəmiyyətlərində korporativ idarəetmənin tətbiqi oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR