Bank Of Baku

«Bank Avrasiya»nın Sumqayıt filialı yanvarda fəaliyyətə başlayacaq

«Bank Avrasiya»nın Sumqayıt filialı yanvarda fəaliyyətə başlayacaq
# 06 oktyabr 2008 09:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» Səhmdar Kommersiya Bankının (SKB) Sumqayıt filialı 2009-cu ilin yanvar ayından etibarən fəaliyyətə başlaya bilər.
«Bank Avrasiya»nın İdarə Heyətinin sədr müavini Arif İsmayılovun «APA-Economics»ə verdiyi məlumata görə, yeni filialın fəaliyyətə başlaması üçün müvafiq lisenziyanın alınması ilə bağlı bu həftə Azərbaycan Milli Bankına müraciət olunacaq: «Artıq filialda bütün hazırlıq işləri başa çatdırılıb. Ümid edirəm ki, nəzarətedici orqanın yoxlamasından sonra filial yeni ilin yanvarından istifadəyə veriləcək».
Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 41,886 mln. manat, kredit portfeli 25,894 mln. manat, depozit portfeli 19,981 mln. manat, məcmu kapitalı 20,107 mln. manat, nizamnamə kapitalı isə 20 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 1 bankomatı və 30 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR