Bank Of Baku

«Muğanbank»ın İdarə Heyətinə yeni sədr təyin olunub

«Muğanbank»ın İdarə Heyətinə yeni sədr təyin olunub
# 06 oktyabr 2008 09:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğanbank» Səhmdar Kommersiya Bankının İdarə Heyətinə yeni sədr təyin edilib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifəyə əvvəllər «Yenimotors» şirkətində («Honda» avtomobil şirkətinin distribütoru) çalışmış Elmir Həsənov təyin olunub.
Qeyd edək ki, əvvəllər bu vəzifəni Şaiq Ələkbərov icra edib. Hazırda isə Ş.Ələkbərov bankın Müşahidə Şurasının üzvüdür.
Qeyd edək ki, «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 99,484 mln. manat, kredit portfeli 65,636 mln. manat, depozit portfeli 32,217 mln. manat, məcmu kapitalı 14,878 mln. manat, o cümlədən, nizamnamə kapitalı 11 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR