Bank Of Baku

Azərbaycanda keçirilən sonuncu pul hərracında iki səhmdar cəmiyyətinin səhmləri satılıb

Azərbaycanda keçirilən sonuncu pul hərracında iki səhmdar cəmiyyətinin səhmləri satılıb
# 06 oktyabr 2008 09:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən oktyabrın 2-də keçirilən 481-ci pul hərracında iki səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Hərracda səhmləri satılmış təşkilatlar «Kürdəmir Broyler» və «Qusar Konserv» səhmdar cəmiyyətləridir.
Səhmdar cəmiyyətlərinin məcmu nizamnamə kapitalı 2 848 511 manat, buraxılmış səhmlərinin ümumi sayı 1 592 578 ədəd, bir səhminin nominal qiyməti 2 manat, satışa çıxarılmış səhmlərinin sayı 267 179 ədəd, satışa çıxarılmış səhmlərin nominal dəyəri 534 358 manat, satışa çıxarılmış səhmlərin ilkin hərrac qiyməti isə 267 179 manat təşkil edib. Hərraca çıxarılmış bütün səhmlər satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR