Bank Of Baku

«Royal Bank of Baku» noyabrda səhmdarların ümumi yığıncağını keçirəcək

«Royal Bank of Baku» noyabrda səhmdarların ümumi yığıncağını keçirəcək
# 06 oktyabr 2008 10:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin noyabr ayının 18-də «Royal Bank of Baku» Səhmdar Kommersiya Bankının səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Bankın İdarə Heyətinin sədri Zaur Fərzəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, baş ofisdə təşkil olunacaq iclasda əsas diqqət bankın Müşahidə Şurası və İdarə Heyətinin yeni tərkibinin müəyyənləşdirilməsi, həmçinin əlavə səhm emissiyası ilə bağlı qərarın qəbul edilməsi məsələlərinə yetiriləcək.
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə bankın brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 85,067 mln. manat, kredit portfeli 55,976 mln. manat, depozit portfeli 34,641 mln. manat, məcmu kapitalı 18,061 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,941 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 21 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR