Bank Of Baku

Azərbaycandakı bankların məcmu aktivləri son bir ildə 38% artıb

Azərbaycandakı bankların məcmu aktivləri son bir ildə 38% artıb
# 06 oktyabr 2008 10:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının məcmu aktivləri 2008-ci ilin sentyabr ayının 1-nə 9 301,05 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə nisbətən 38,3% çoxdur.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verdiyi məlumata əsasən, aktivlərin əsas hissəsi banklar tərəfindən müştərilərə verilən kreditlərin payına düşür. Dəyər ifadəsində bu göstərici 6 182,01 mln. manat, xüsusi çəkisi isə 66,47% təşkil edib. İlin əvvəlindən kreditlərin aktivlərin strukturundakı payı 1,14 faiz bəndi artıb.
Ümumilikdə, aktivlərin strukturunda həmçinin digər banklarda olan müxbir hesablar da böyük paya sahibdir:

Qeyd edək ki, Azərbaycanda bank aktivlərinin bu cür strukturu son zamanlar adət halını alıb.
Eyni zamanda, passivlərin strukturunda əsas yeri müştərilərdən (44,90%) və maliyyə sektorundan (30,18%) cəlb olunan depozitlərin payına düşür. Kapitalın bank passivlərində payı isə 16,12%-ə bərabərdir.
Bank aktivlərinin strukturunu təhlil edərkən, aydın olur ki, bank investisiyalarının həcmi hələ də aşağı səviyyədədir. Bu, mənfi hal olsa da, təhlükəli amil deyil. Lakin passivlərin strukturunda maliyyə təşkilatlarından cəlb edilən depozit və kreditlərin 30% səviyyəsində olması bank likvidliyi baxımından təhlükəlidir, çünki bu maliyyə vəsaitləri qısamüddətlidir.
Ümumilikdə, Azərbaycandakı bankların uzunmüddətli maliyyə resurs bazasının çatışmazlığı müşahidə olunur ki, bu da öz növbəsində real sektora kreditlərin verilməsi imkanlarını məhdudlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR