Bank Of Baku

Ötən həftə Azərbaycanda dolların birja məzənnəsi 0,09% yüksəlib

Ötən həftə Azərbaycanda dolların birja məzənnəsi 0,09% yüksəlib
# 06 oktyabr 2008 11:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın ayının ilk həftəsi ərzində Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta sessiyasında ümumi dövriyyə 27,230 mln. ABŞ dolları təşkil edib. Bu barədə «APA-Economics»ə BBVB-dən məlumat verilib.
Qeyd edək ki, Ramazan bayramı ilə bağlı ötən həftə yalnız iki iş günü olduğuna görə, ticarət əməliyyatları həftənin iki son günündə aparılıb. Buna baxmayaraq, hesabat həftəsinin valyuta dövriyyəsi 6 gündən ibarət olan əvvəlki həftənin dövriyyəsinin 70,5%-nə bərabər olub. Bununla belə, oktyabrın 3-də dövriyyə əvvəlki günün göstəricisindən 9 dəfə üstələyib. Sentyabrın son həftəsində də oxşar vəziyyət müşahidə olunub - sentyabrın 26-da qeydə alınan dövriyyə həftəlik dövriyyənin 93,8%-ni təşkil edib.
Ötən həftə ərzində dolların birja məzənnəsi (BBVB-nin valyuta bölməsində ticarətin nəticəsi üzrə orta göstərici) 0,8083 manatdan 0,8090 manatadək və ya 0,09% yüksəlib. Rəsmi məzənnə həftə ərzində 0,1%, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 0,05%, nağd satış məzənnəsi isə 0,04% möhkəmlənib.
Birja valyuta bazarında digər valyutalar üzrə əqdlər hələ də keçirilmir, yəni bütün əməliyyatlar yalnız ABŞ dolları üzrə aparılır. Bundan başqa, valyuta birjasında müvafiq bölmələr olduğu halda, T+1 və T+2 tarixli əməliyyatlara tələbat yoxdur.
Ümumilikdə, valyuta üzrə SWAP-əməliyyatlar Azərbaycanda keçirilmir. Bu, valyuta bazarının iştirakçıları tərəfindən valyuta ticarətinin müasir alətləri istifadə olunmadığını göstərir (halbuki bunun üçün bütün zəminlər var) və bu, həmin əməliyyatlar nəticə etibarı ilə banklar və onların müştəriləri üçün əlavə gəlir mənbəyinə çevrilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR