Bank Of Baku

Avqustda Azərbaycanda nağd dollarla əməliyyatların həcmi 35% artıb

Avqustda Azərbaycanda nağd dollarla əməliyyatların həcmi 35% artıb
# 06 oktyabr 2008 11:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin yanvar-avqust aylarında Azərbaycanda ABŞ dolları ilə keçirilən nağd mübadilə əməliyyatlarının həcmi 3 621 941,1 min dollar təşkil edib. Bu isə 2007-ci ilin analoji 8 aylıq göstəricisindən 35,3% çoxdur.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, dollar üzrə nağd mübadilə əməliyyatlarının həcminin 2 589 652,6 mini satış (illik artım – 34,7%), 1 032 288,5 mini isə alış əməliyyatlarının (illik artım – 36,8%) payına düşüb. Beləliklə, dollar üzrə satış əməliyyatları alış əməliyyatlarını 2,5 dəfə üstələyib.
Azərbaycanda dollarla nağd mübadilə əməliyyatlarının son illər ərzində həcmlərin dinamikası artan xətlə yüksəlir:

Göründüyü kimi, dollar üzrə nağd əməliyyatların həcmi artır və bu artım Azərbaycanda xarici ticarətin, idxal malları üzrə daxili pərakəndə ticarətin, ixracdan əldə olunan valyuta gəlirlərinin konvertasiyası və s. amillərlə bağlıdır. Dolların satış əməliyyatlarının alışı üstələməsi isə əsasən idxalçıların fəaliyyəti ilə bağlıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, əməliyyatların böyük hissəsi valyutada alınan kreditlərin qaytarılması və valyuta depozitlərinin açılmasına yönəldilir. Şübhəsiz, nağd valyuta əməliyyatları digər məqsədlərlə də aparılır, lakin əhali arasında dollar hələ də yığım valyutası kimi qəbul olunur. Qeyd edək ki, əhalinin bank əmanətlərinin 46%-i dollar əmanətlərinin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR