Bank Of Baku

«Banka Niderland» Azərbaycanda ipotekanın maliyyələşdirilməsi üçün «UniBank»a kredit ayırır

«Banka Niderland» Azərbaycanda ipotekanın maliyyələşdirilməsi üçün «UniBank»a kredit ayırır
# 06 oktyabr 2008 13:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı ipoteka sahəsində layihələrin maliyyələşdirilməsi üçün «Banka Niderland» FMO (Nederlandse Financierings-Maatschappij Voor Ontwikkelingslanden N.V.) ilə kredit sazişi imzalayıb.
«UniBank»dan «APA-Economics»ə verilən məlumata görə, kredit xəttinin ümumi həcmi 15 mln. ABŞ dolları təşkil edir. Bu kreditin vəsaiti ipoteka obyektlərinin satın alınması, yeniləşdirilməsi, təmiri və ya inşa olunması sahəsində layihələrin maliyyələşdirilməsinə, habelə ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə yönəldiləcək. FMO-nun ipoteka maliyyələşdirilməsi üçün ayırdığı kredit xətti hər biri 7,5 mln. dollar həcmində iki bərabər tranşdan ibarət olacaq.
Qeyd edək ki, 2006-cı ilin dekabr ayının 11-də «Unibank» və FMO kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün 5 mln. dollar həcmində kredit xəttinin təqdim edilməsi haqqında saziş imzalayıb. Həmin ilin dekabrın 13-də Bank Azərbaycanın bank sistemi tarixində subordinasiya olunmuş kreditin ilk alıcısı olub. Ümumi həcmi 5 mln. dollar olan subordinasiya olunmuş kredit ikinci dərəcəli kapitalın əlavə mənbəyi olub. Həmçinin, FMO tərəfindən «UniBank»a ticarətin maliyyələşdirilməsi üçün 1,5 mln. dollar həcmində limit təqdim olunub.
Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda Bankın nizamnamə kapitalı 15 mln. manat, məcmu kapitalı isə 36,5 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR