Bank Of Baku

Azərbaycanda bank kassa dövriyyəsi son bir ildə 31% artıb

Azərbaycanda bank kassa dövriyyəsi son bir ildə 31% artıb
# 06 oktyabr 2008 13:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın bank sistemində kassa dövriyyəsi üzrə mədaxil 2008-ci ilin sentyabr ayının 1-nə 12 205 661,0 min manat, məxaric isə 13 036 251,7 min manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, kassa mədaxili ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 30,7%, məxaric isə 30,9% artıb.
Hesabat dövründə Azərbaycanın bank sistemi vasitəsi ilə pul emissiyasının həcmi 830 590,7 min manat, mədaxil və məxaric üzrə bankların əməliyyat kassasının qalıqları nəzərə almaqla isə 847 122,5 manat təşkil edib.
Qeyd edək ki, mədaxil hissəsində əsas yeri valyuta satışı (ümumi mədaxilin 27,21%-i), qeyri-dövlət müəssisələrindən (20,77%) və əhalinin əmanətləri (12,69%) tutur. Məxaricin əsas hissəsi isə (33,63%) qeyri-dövlət müəssisələrinin ödənişlərinin payına düşür. Bundan başqa, 11,56% xarici valyutanın alınmasına, 11,54% əhalinin əmanətlərinin hesabından xərclənib.
Hesabat dövründə bank sistemində gündəlik kassa mədaxili 50 023,0 min manat, məxaric isə 53 427,0 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR