Bank Of Baku

Sentyabr ayında BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 11% artıb

Sentyabr ayında BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 11% artıb
# 06 oktyabr 2008 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 44 ticarət sessiyasında 64 alqı-satqı əqdi qeydə alınıb. Bu əməliyyatlarda ümumilikdə 23 bank təşkilatı iştirak edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatların həcmi 128,325 mln. manat və ya dollar ekvivalentində 158,077 mln. təşkil edib. Bu isə avqust ayı ilə müqayisədə 11,19% çoxdur. Eyni zamanda, BEST ticarət sistemində ortagünlük dövriyyə ötən ay 3,382 mln. dollardan 7,185 mln. dollaradək, hər əqdin orta həcmi 1,754 mln. dollardan 2,47 mln. dollaradək artıb.
Bununla bərabər, cari ilin 9 ayı ərzində birjanın xarici valyutalar üzrə dövriyyəsi 1 604,8 mln. manatdan çox və ya dollar ekvivalentində 1,946 mlrd. təşkil edib. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə valyuta bölməsinin həcmi 80,05% və ya 865,189 mln. manat artıb.
Bundan başqa, bu ilin sentyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya Azərbaycan Beynəlxalq Bankı (22,06%), «UniBank» (20,64%), «YapıKredi Bank Azerbaijan» (11,16%), «Bank Standard» (10,73%) və «Azərbaycan Sənaye Bankı» (10,55%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR