Bank Of Baku

«Zamin Bank» Bakıda daha bir filialını açıb

«Zamin Bank» Bakıda daha bir filialını açıb
# 06 oktyabr 2008 14:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «Zamin Bank» Səhmdar Kommersiya Bankının (SKB) Bakıda «Uğur» adlı filialı fəaliyyətə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filial Bakı şəhəri, S.Vurğun küçəsi,118 ünvanında yerləşir.
Filial vasitəsi ilə hüquqi və fiziki şəxslər istənilən bank xidmətləri, o cümlədən depozit və kredit əməliyyatları, plastik kartlarla iş, pul köçürmələri və digər əməliyyatlar həyata keçirə bilər.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 29 filialı fəaliyyət göstərir.
Xatırladaq ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabrında yaradılıb. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 115,433 mln. manat, kredit portfeli 69,308 mln. manat, depozit portfeli 37,683 mln. manat, məcmu kapitalı 12,956 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,195 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR