Bank Of Baku

«Atrabank» ayın sonunda «Contact» sistemi üzrə xidmətlərə başlayacaq

«Atrabank» ayın sonunda «Contact» sistemi üzrə xidmətlərə başlayacaq
# 06 oktyabr 2008 14:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin oktyabr ayının sonunda «Contact» sürətli pulköçürmə sistemi üzrə xidmətlərə başlayacaq.
Bankın İdarə Heyətinin sədri Elmixan Nəbiyevin «APA-Economics»ə verdiyi məlumata görə, artıq bank beynəlxalq quruma üzv olub: «Lakin sistemin tam istifadəsi üçün yalnız proqram təminatı qalıb ki, bu da oktyabr ayının 20-dək həll ediləcək. Qeyd etmək istəyirəm ki, «Contact»la yanaşı bank «Migom» sisteminə də qoşulmaq üçün iş aparır. Bu sistem üzrə xidmətlərə isə ilin sonunda başlanması planlaşdırılır», - deyə E.Nəbiyev bildirib.
Xatırladaq ki, «Atrabank» 1992-ci ilin dekabrında yaradılıb. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 32,192 mln. manat, kredit portfeli 23,755 mln. manat, depozit portfeli 4,121 mln. manat, məcmu kapitalı 11,412 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,425 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 11 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR