Bank Of Baku

«Azər-Türk Bank» yanvar-sentyabr aylarında aktivlərini 15% artırıb

«Azər-Türk Bank» yanvar-sentyabr aylarında aktivlərini 15% artırıb
# 07 oktyabr 2008 07:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azər-Türk Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi bu ilin oktyabr ayının 1-nə 42,032 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstəricidən 15% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 48,5% artaraq 27,847 mln. manata, o cümlədən istehlak kreditləri 57,9% artaraq 8,182 mln. manata çatıb. Bankın depozit portfeli 18,1% genişlənərək 27,147 mln. manat, o cümlədən əhalidən cəlb edilmiş əmanətlərin həcmi 14,5% genişlənərək 11,735 mln. manat olub.
Həmçinin, bankın məcmu kapitalı 6,7% artaraq 11,983 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.
Qeyd edək ki, son bir ildə bankın gəlirləri 40% artaraq 5,408 mln. manata, xərcləri isə 34,5% artaraq 3,088 mln. manata çatıb. Nəticədə, «Azər-Türk Bank» SKB-nin mənfəəti yanvar-sentyabr aylarında 2,320 mln. manat, xalis mənfəəti isə 1,810 mln. manat təşkil edib. Bu isə ötən ilin analoji 9 aylıq göstəricilərinə nisbətən müvafin olaraq 48,1% və 48,6% çoxdur.
Bundan başqa, bankın investisiyalarının həcmi 7,7% artaraq 280 min manata çatıb. Həmçinin, bu dövr ərzində bank əlavə 1 filial, 1 mübadilə məntəqəsi açıb, 1 bankomat və 1 POS-terminal quraşdırıb.
Qeyd edək ki, 2008-ci ilin yanvar-sentyabr aylarında bank tərəfindən dövlət büdcəsinə 711,380 min manat həcmində vergi ödənilib.
Xatırladaq ki, «Azər-Türk Bank» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) daxildir. Hazırda bankın respublika üzrə 2 filialı, 3 bankomatı, 3 mübadilə məntəqəsi və 3 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR