Bank Of Baku

«Azər-Asiya» sığorta şirkətinin səhmdarlarının yığıncağı təxirə salınıb

«Azər-Asiya» sığorta şirkətinin səhmdarlarının yığıncağı təxirə salınıb
# 07 oktyabr 2008 09:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Asiya» Azərbaycan-İran sığorta şirkətinin bu gün Bakıda keçirilməsi planlaşdırılan səhmdarlarının növbədənkənar ümumi yığıncağı təxirə salınıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, iclasın təxirə salınması iranlı səhmdarların digər xarici dövlətə səfəri ilə bağlıdır. İclasın bu ilin noyabr ayında keçiriləcəyi gözlənilir. İclasda şirkətin ləğv olunması ilə bağlı müvafiq komissiyanın yaradılması, həmçinin cəmiyyətin gələcək fəaliyyət planı müzakirə ediləcək.
Xatırladaq ki, bu ilin fevral ayının 11-də Azərbaycan Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluq olub.
Qeyd edək ki, iranlı səhmdarlar isə Azərbaycan Maliyyə Nazirliyi tərəfindən şirkətin lisenziyasının dayandırılmasını qeyri-qanuni hesab edir. İranlı səhmdarlar yol verilmiş nöqsanların aradan qaldırmağa, həmçinin nizamnamə fondunu 10 mln. manatadək artırmağa razıdırlar.
Təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR